HAQQIMIZDA

www.asankadr.az - “ASAN Kadr” Karyera mərkəzi çərçivəsində fəaliyyət göstərən vakansiya portalıdır. Karyera Mərkəzi “ASAN School” könüllülük proqramı tərəfindən ASAN Könüllülərinin peşəkar kadrlar kimi formalaşması məqsədi ilə yaradılıb.

Missiyamız: ASAN könüllülərini işlə, işəgötürənləri isə keyfiyyətli və hazırlıqlı kadrlarla təmin etmək, könüllülərin mövcud potensiallarını artırmaq və təkmilləşdirməkdir.

Karyera mərkəzi, mövcud əmək bazarının tələblərini nəzərə alaraq

- xidmət;
- satış;
- bank;
- sığorta;
- turizm;
- informasiya texnologiyaları

və s. peşələri üzrə kadrları formalaşdırır. Gənclər “ASAN School” könüllülük proqramı zamanı əldə etdikləri zəngin, çoxşaxəli təcrübədən savayı qeyd olunan ixtisaslar üzrə təlimlərdə iştirak edərək nəzəri bilikləri, daha sonra müəssisələrdə təcrübə keçərək praktiki biliklərini inkişaf etdirirlər. Bu mərhələlərdən keçən hər bir könüllü www.asankadr.az portalında CV-sini yerləşdirir, eyni zamanda işəgötürənlər mütəmadi olaraq vakansiyaları elan edə bilirlər. Beləliklə, www.asankadr.az portalı gənclər, dövlət və özəl qurumlar arasında texnoloji körpü rolu oynayır.

Qeyd edək ki, www.asankadr.az portalı 12 mart 2015-ci il tarixində Bərdə regional “ASAN xidmət” mərkəzinin açılışı zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyeva təqdim olunub.