Xəbərlər və yeniliklər
Bakı və regionlarda istehlak kreditləri üzrə mütəxəssis
22.06.18

Bank Respublika ASC Bakı, Mingəçevir, Bərdə, Zaqatala, Cəlilabad, Masallı, Lənkəran filiallarına “İstehlak kreditləri üzrə mütəxəssis” vəzifəsi üzrə vakansiyalar elan edir.

 

Artıq 26 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq 27 filial və şöbə şəbəkəsi ilə Bakı, Abşeron və regionlarda öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyuruq və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.

 

Ümumi vəzifə öhdəlikləri:

 

  • Bankın məhsullarının effektiv və keyfiyyətli satışı;
  • Keyfiyyətli portfel formalaşdırmaq və portfeli idarə etmək.

 

Namizədə qarşı tələblər:

 

  • Ali təhsil;
  • Analitik zəka, müştərilərlə işləmək qabiliyyəti;
  • Dil bilikləri: Azərbaycan dili mükəmməl olmalı, rus və ingilis dili arzuolunandır;
  • MS Office (Word, Excel,Outlook) proqramları üzrə biliklər;
  • Satış və ehtiyacların təyin edilməsi bacarığı;
  • Yüksək ünsiyyət bacarığı;
  • Komandada işləmə bacarığı;
  • Əzmkarlıq, düzgünlük, çalışqanlıq.

             

Sizə nə təklif edirik?

 

  • Əlverişli iş mühitində çalışmaq imkanı;
  • Karyera və inkişaf perspektivləri;
  • Rəqabətli əmək haqqı və bonus qazanma imkanları.

 

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 08 iyul 2018-ci il tarixinədək hr@asankadr.az elektron ünvanına göndərə bilərlər.

 

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Bank respublika” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Facebookda biz