Xəbərlər və yeniliklər
Libraff vakansiyalar elan edir
25.06.18

LIBRAFF MMC kitab şəbəkəsi olaraq müxtəlif dillərdə kitabların və həmçinin oyuncaq, dəftərxana ləvazimatları, aksesuarların satışını həyata keçirir.
Şirkətə bu məhsulların satışını effektiv şəkildə həyata keçirə biləcək və komanda şəklində işləməyə həvəsli olan kadrlar tələb olunur. Aşağıda şirkətdə mövcud olan vakant yerlərlə tanış ola biləcəksiniz.

Satış üzrə məsləhətçi

Üstünlüklər:

münasib əmək haqqı
şirkət tərəfindən nahar
karyera yüksəlişi

Tələblər:

Satış sahəsində təcrübə arzu olunandır
Azərbaycan dili biliyi, rus və ingilis dillərini danışıq səviyyəsində bilmək
Kitablar haqqında ümumi biliyin olması arzu olunandır

Zəhmət olmasa vəzifənin adını mövzu yerində qeyd etməyi unutmayın.

email: hr@libraff.az

Mühasib və mühasib köməkçisi

İş şərtləri:

• Stabil iş
• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• İş saatı 1-5-ci günlər 09:00-dan 17:00-a kimi, 6-cı gün 09:00-dan 14:00-a qədərdir (razılaşma yolu ilə dəyişilə bilər)
• İstirahət: Bazar günü
• Korporativ rabitə vasitəsi
• Şirkət tərəfindən nahar

Tələblər:

• Yaş həddi: 25-30 yaş arası
• Təhsil: Ali iqtisadi təhsili
• İş təcrübəsi: Minimum 2 il
• Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli
• Vergi, əmək qanunvericilikləri üzrə məlumatlı olmalı
• Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti
• Kompyuter bacarıqları: Microsoft Office, Internet Explorer, 1 C, xüsusi ilə LOGO proqramları ilə işləmə bacarığı. Vergi saytında online E-qaimə, EVHF kəsmək bacarığı
• Kargüzarlıq işlərini bilmək
• Ofis avadanlıqlarından sərbəst şəkildə istifadə etmək bacarığı
• Dil bilikləri: Azərbaycan dili sərbəst, rus və ingilis dillərində danışıq (arzu olunandır), yazmaq və oxumaq qabilliyyəti

Şəxsi keyfiyyətlər:

• İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti
• Ünsiyyət, rabitə və komandada işləmək bacarığı

Əsas vəzifə öhdəlikləri:

• Mühasibatlıq hesabatlarının vaxtında və düzgün hazırlanmasına köməklik göstərmək;
• Dövlət orqanlarına aylıq, rüblük və illik hesabatlarında köməklik göstərmək;
• Nəğd pul və bank ödəmələrinə nəzarət etmək;
• Müqavilələrin, İnvoice-ların hazırlanmasında köməklik göstərmək;
• Vergi saytında “online” E-qaimələrin, EVHF kəsilməsi ilə bağlı tapşırıqların yerinə yetirilməsinə köməklik göstərmək;
• Mühasibatlığın ilkin sənədlərini yoxlanılmasına müvafiq qovluqlara yerləşdirilməsinə köməklik göstərmək;
• Daxili mühasibatlıq sistemində köçürmələrin idarə edilməsinə köməklik göstərmək;
• Şirkətin daxili və xarici auditinin vaxtında və keyfiyyətli aparılmasına köməklik göstərmək;
• Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabına (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsini, ona nəzarəti, operativ məlumatların təqdim edilməsini, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi, digər bölmə və xidmət sahələri ilə birlikdə təsərrüfatdaxili ehtiyatların aşkara çıxarılması və səfərbər edilməsi məqsədi ilə mühasibat uçotu və hesabatının məlumatları üzrə müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsini təmin edir;
• Mühasibin digər tapşırıqlarını yerinə yetirir.

Zəhmət olmasa CV-lər mövzü göstərilməklə hr@libraff.az ünvanına göndərilsin.

Satış departamentinin direktoru

Vəzifə öhdəlikləri:

1. Mağaza satışının idarə edilməsi:
- satış planının hazırlanması və icrasına nəzarət,
- satış analizlərin aparılması, eləcə də ümumi bazarın və yeni trendlərin analizlərini aparmaq,
- müxtəlif satış hesabatları hazırlamaq və vaxtı-vaxtında direktora təqdim etmək,
- şirkətin strategiyasını və hədəflərini müəyyən edib nəticənin əldə edilməsi üçün biznes plan hazırlamaq və icrasını təmin etmək.

2. İş prinsiplərinə uyğun olaraq struktur bölməsi işinin təşkili:
- personalı idarə etmək,
- işçiləri təlimatlandırmaq və düzgün yönləndirmək,
- işçilərin qiymətləndirilməsində iştirak etmək və obyektivliyi qorumaq.

3. Mağaza və deponun idarəedilməsi (kitab, avadanlığ, ehtiyatlar, onların sayımı və s.)
4. Satışları artırmaq üçün PR strategiyasına uyğun olaraq aparılan işləri dəstəkləmək və təkliflər vermək.
5. İş gedişatında direktorun digər göstərişlərini icra etmək.

Tələb olunan bilik və bacarıqlar:

- Yüksək səviyyədə Microsoft office proqramları biliyi (xüsusi ilə Excel)
- LOGO proqramından istifadə bacarığı,
- Kitab, “Hobby”, Multimediya, Oyuncaq kateqoriya məhsullarını yaxşı bilməli,
- Aktiv, çalışqan, zəhmətkeş olmalı,
- Müştərilərlə əlaqələrin edarəedilməsi sahəsində (CRM) təcrübə,
- Azərbaycan dilini səlis, rus, ingilis, türk dillərini yüksək səviyyədə bilməli,
- bu sahə üzrə ən azı 3 illik iş təcrübəsi. Olmağı zəruridir.

Nahar şirkət tərəfindən verilir.

Müraciət etmək istəyən namizədlər CV-ləri hr@libraff.az ünvanına yollaya bilərlər. Mövzu yerində vakansiyanın adı qeyd olunmayan müraciətlərə baxılmayacaq.

Kateqoriyalar departamentinin direktoru

Vəzifə öhdəlikləri

- Satış analizləri və bazar araşdırmalarının həyata keçirilməsi;
- Bazarda olan məhsulların çeşid və keyfiyyəti haqqında araşdırmaların aparılması;
- LİBRAFF brendinə uyğun olaraq məhsul seçimini həyata keçirmək,
- Müxtəlif hesabatlar hazırlamaq, depo və mağazada sayımın aparılmasını təşkil etmək,
- Satışları artırmaq üçün PR strategiyasına uyğun aparılan işləri dəstəkləmək və təkliflər vermək.
- İş gedişatında bölmə direktorun digər göstərişlərini icra etmək,
- Bütün məhsul kateqoriya üzrə bölmə müdürlərini idarə etmək və iş prinsiplərinə uyğun olaraq müvafiq struktur bölməsinin işini düzgün təşkil etmək.

Tələblər:

- Kitab, Hobbi və Multimediya kateqoriyalarına məxsus məhsulları yaxşı bilməli,
- LOGO-da işləmə bacarığı
- Microsoft Office proqramlarının yüksək səviyyədə biliyi,
- Türk, rus, ingilis dillərini yüksək səviyyədə bilməli,
- Müxtəlif maliyyə hesabatlarını (mədaxil, məxaric, sayım) hazırlamasında təcrübəyə malik olmalı,
- Aktiv, zəhmətkeş, iş saatlarından artıq işləməyə həvəsli,
- Ezamiyyətlər zamanı səyahət etmək imkanı,
- Yuxarıdaki tələblərə uyğun olaraq ən az 3 il iş təcrübəsi.

Nahar şikrət tərəfindən verilir.

Müraciət etmək istəyən namizədlər CV-ləri hr@libraff.az ünvanına yollaya bilərlər. Mövzu yerində vakansiyanın adı qeyd olunmayan müraciətlərə baxılmayacaq.

Oyuncaq kateqoriyası üzrə mütəxəssis

Vəzifə öhdəlikləri

- Satış analizləri və bazar araşdırmalarını həyata keçirmək;
- Bazarda olan oyuncaq məhsullarının çeşid və keyfiyyəti haqqında araşdırmalar aparmaq;
- LİBRAFF brendinə uyğun olaraq məhsul seçimini həyata keçirmək,
- Müxtəlif hesabatlar hazırlamaq, lazım olan təqdirdə depo və mağazada sayımın aparılmasını təşkil etmək,
- Satışları artırmaq üçün PR strategiyasına uyğun aparılan işləri dəstəkləmək və təkliflər vermək,
- İş gedişatında bölmə direktorunun digər göstərişlərini icra etmək

Tələblər:

- Müvafiq kateqoriyaya məxsus məhsulları yaxşı bilmək,
- Microsoft Office proqramlarını yüksək səviyyədə bilmək (xüsusi ilə Excel proqramını),
- Azərbaycan dilini səlis, türk, rus, ingilis dillərini yüksək səviyyədə bilmək,
- Müxtəlif maliyyə hesabatlarının (mədaxil, məxaric, sayım) hazırlanmasında təcrübəyə malik olmaq,
- Aktiv, zəhmətkeş, iş saatlarından artıq işləməyə həvəsli,
- Bu sahədə 3 il iş təcrübəsi olması mütləqdir.

Nahar şikrət tərəfindən verilir.

Müraciət etmək istəyən namizədlər CV-ləri hr@libraff.az ünvanına yollaya bilərlər. Mövzu yerində vakansiyanın adı qeyd olunmayan müraciətlərə baxılmayacaq.

Ofis ləvazimatı, hədiyyəlik əşya, qida kateqoriyası mütəxəssisi

Vəzifə öhdəlikləri

- Satış analizləri və bazar araşdırmalarını həyata keçirmək;
- Bazarda olan ofis ləvazimatı, hədiyyə və qida kateqoriyaları üzrə məhsulların çeşid və keyfiyyəti haqqında araşdırmalar aparmaq və seçilən məhsulları təqdim etmək,
- LİBRAFF brendinə uyğun olaraq məhsul seçimini həyata keçirmək,
- Müxtəlif hesabatlar hazırlamaq, lazım olan təqdirdə depo və mağazada sayımın aparılmasını təşkil etmək,
- Satışları artırmaq üçün PR strategiyasına uyğun aparılan işləri dəstəkləmək və təkliflər vermək.
- İş gedişatında bölmə direktorunun digər göstərişlərini icra etmək

Tələblər:

- Müvafiq kateqoriyaya məxsus məhsulları yaxşı bilmək,
- Microsoft Office proqramlarının yüksək səviyyədə bilmək (xüsusi ilə Excel proqramını),

Facebookda biz