Xəbərlər və yeniliklər
Ucqar dağ kəndinin müəllimi ASAN Könüllüləri üçün “Xoşbəxt et, Xoşbəxt ol“ seminarı keçəcək.
27.06.18

Hər birimiz xoşbəxt olmaq arzusundayiq. Amma buna bəzən çox çətinliklərlə çata biləcəyimizi düşünürük. Halbuki daha rahat yolu var.
Xoşbəxt edib - xoşbəxt olmaq. Mənim hekayəmin əsli budur. Harda və hansı işdə olmasından asılı olmayaraq bunun kimi ali məqsədlər insanı xoşbəxt edir. Uğur və uğursuzluqlar müvəqqəti olduğu üçün xoşbəxtlik üçün ən
idealı ali məqsədlərdir. Faydalı insan olub ətrafına xoşbəxtlik saçıb ondan özümüzü də pay almalıyıq.

Həbib müəllim 3 ildir ki, Lənkəranın ucqar Gəgiran kəndində tarix müəllimi kimi fəaliyyət göstərir. 27 yaşlı gənc müəllim 2012-ci ildə Lənkəran Dövlət Universitetinin "Tarix və ictimaiyyət" ixtisasını bitirib.
Bir sıra müasir, yeni metodlarla keçdiyi dərslər və şagirdlərlə fəaliyyəti ilə bağlı videoroliklər sosial şəbəkələrdə böyük izləyici kütləyisi toplayıb. Belə ki daha çox replə tarix dərsi keçən müəllim, velosipedlə kitab paylayan müəllim və digər adlarla tanınır. Gördüyü işlər yerli və xarici media tərəfindən dəfələrlə işıqlandırılıb.
Eyni zamanda gənc müəllimləri və onların fəaliyyətini tanıdan "Gənc müəllim" layihəsinin rəhbəridir.

Qeydiyyatdan keçmək istəyən gənclər +99470 841 84 02 whatsapp nömrəsinə və ya
https://www.facebook.com/RzaMirzazade adresinə ad soyad, könüllü olduğunuz K-qrupu, təlimin adını, telefon nömrənizi yazıb göndərməyiniz
xahiş olunur.

Nəzərinizə çatdıraq ki, qeydiyyatı təsdiqlənməyən şəxslər təlim zalına buraxılmayacaq.

Təlimin keçiriləcəyi ünvan:

"Reduco" Tədris mərkəzi, Sumqayıt şəh., İsmət Qayıbov 211/1
Əlaqədar şəxs: Rza Mirzəzadə
Əlavə məlumat üçün əlaqə vasitələri:
Mob: (+99470) 841 84 02
(+99450/50) 855 39 96
E-mail: r.memmedov@asan.gov.az
Web: www.asanyouth.az

Facebookda biz