Xəbərlər və yeniliklər
Xoşbəxt et, Xoşbəxt ol
02.07.18

Sumqayıt regional “ASAN xidmət” mərkəzinin təşkilatçılığı ilə ucqar dağ kəndinin gənc müəllimi Həbib Əlizadənin “Xoşbəxt et, Xoşbəxt ol” seminarı keçirilib. Seminar zamanı gəncləri maraqlandıran sualları cavablandıran Həbib Əlizadə hər bir gəncin xoşbəxt olmaq arzusunda olduğunu bildirərək, onların bu arzuya çətinliklə çata biləcəklərini düşündüklərini qeyd edib. Bu çətinliyinin öhdəsinnən gəlmək üçün çıxış yolu olaraq gənclərə öz sirrini açıqlayıb: "Xoşbəxt edib, xoşbəxt olmaq".

Həbib müəllim 3 ildir ki, Lənkəranın ucqar Gəgiran kəndində tarix müəllimi kimi fəaliyyət göstərir. 27 yaşlı gənc müəllim 2012-ci ildə Lənkəran Dövlət Universitetinin "Tarix və ictimaiyyət" ixtisasını bitirib.

Daha çox replə tarix dərsini keçən müəllim və digər müasir metodlarlı ilə sosial şəbəkələrdə böyük izləyici kütləyisini toplayıb. Onun gördüyü işlər yerli və xarici media tərəfindən dəfələrlə işıqlandırılıb.

Eyni zamanda gənc müəllimləri və onların fəaliyyətini tanıdan "Gənc müəllim" layihəsinin rəhbəridir.

Facebookda biz